İngiltərədə dəhşətli hadisə KONKRET

19.06.2026

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərənin Kembric şəhərində yerləşən zooparklardan birində 30 yaşlı kişi 3 yaşlı oğlan uşağını təxminən 4,5 metr hündürlükdən timsahların olduğu əraziyə atıb.

KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Uşaq zoopark sahibi tərəfindən xilas edilib və dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır, lakin stabil olduğu bildirilib.

Hadisədən sonra şübhəli “qəsdən adam öldürməyə cəhd” ittihamı ilə saxlanılsa da, daha sonra ifadə verməyə yararsız hesab edilərək girov müqabilində azadlığa buraxılıb.

Polis araşdırmanı davam etdirir.

Zoopark isə hadisədən sonra müvəqqəti bağlanıb və ziyarətçilər təxliyə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью