İngiltərədə dəstə üzvləri kəndə basqın edib İnsanlara zərər verdilər

29.01.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərənin Fenland bölgəsi böyük xaosa şahidlik edib.

"Unikal" xəbər verir ki, təxminən 70 maskalı şəxs 25 yolsuzluq avtomobili ilə kəndlərə basqın edib, əkin sahələrini talayıb, maşınları yandırıb və iki yanğınsöndürən maşınına hücum edib. Polis hadisələrə qeyri-adekvat reaksiya verməkdə ittiham edilib.

Dəstə üzvləri ümumilikdə 8 kəndə ziyan vurub, əkin sahələrinə daxil olub, əkinləri məhv edib, heyvanlara zərər veriblər. Fermerlər özlərini və ailələrini qorumaq üçün evlərinə qapandıqları halda, polisin zənglərə cavab verməməsi ictimaiyyəti qəzəbləndirib.

Fenlad rəsmiləri məsələ ilə açıqlama verməkdən imtina ediblər. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью