İngiltərədə ən məhsuldar legionerlər SİYAHI

29.04.2025

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərə çempionatında ən çox qol vuran legionerlər açıqlanıb.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, İFFHS-in cədvəlinə 100 və daha çox qol vuranlar daxil edilib.

İndiyədək buna 14 futbolçu nail olub. Cədvələ “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah başçılıq edir. Onun hesabında 185 qol var.

Bir top geri qalan argentinalı Serxio Aquero ikincidir. İlk “üçlüy”ü fransalı Tyerri Anri qapayır.

Çempionatda “Mançester Yunayted” forması ilə 103 dəfə fərqlənən Kriştiano Ronaldo “100”ü keçənlər arasında sonuncudur. O, cədvəldə 14-cü yerdə qərarlaşıb.

1. Məhəmməd Salah - 185

2. Serxio Aquero – 184

3. Tyerri Anri – 175

4. Robin van Persi – 144

5. Duayt York – 136

6. Cimmi Floyd Hasselbeynk – 127

7. Son Xın Min – 127

8. Robbi Kin – 126

9. Nikola Anelka – 125

10. Romelu Lukaku – 121

11. Sadio Mane – 111

12. Neyl Quinn – 109

13. Didye Droqba – 104

14. Kriştiano Ronaldo – 103

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью