Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
İngiltərədə faiz dərəcəsi artırılıb.
Banco.az xəbər verir ki, İngiltərə Mərkəzi Bankının (BoE) Pul Siyasəti Komitəsi (MPC) uçot faizini 0,25 faiz bəndi artıraraq 4 faizə çatdırmaq qərarı verib.
Qərar 8-1 səs çoxluğu ilə qəbul edilib. Komitənin müstəqil üzvü Ketrin Menn isə faiz dərəcəsinin 0,50 faiz bəndi artırılaraq 4,25 faizə çatdırılmasının lehinə səs verib.
BoE-nin rəhbəri Endryu Beyli qərarla bağlı açıqlamasında bildirib: “Faiz dərəcəsinin daha da artırılması və bundan sonra daha ehtiyatlı yanaşmanın tətbiq edilməsi lehinə arqumentləri başa düşürəm”.
Beyli hazırladığı bəyanatda qeyd edib: “Bugünkü artım qaçılmaz və uzunmüddətli faiz artımları silsiləsinin ilk addımı kimi qəbul edilməməlidir. Lakin Yaxın Şərqdəki münaqişə həll olunmadığı müddətdə bunun son artım olacağı da düşünülməməlidir”.
Bizi sosial şəbəkələrdən izləyin!!