İngiltərədə güclü duman hava limanlarının İŞİNİ POZDU Yeni Çağ Media | Icma.az
Icma.az, Yenicag portalına istinadən məlumat yayır. Dekabrın 28-i, şənbə günü, İngiltərənin bir sıra hava limanlarında güclü duman uçuşların
Yenicag.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Həmin gün “Heathrow” və “Gatwick” hava limanlarında onlarla uçuş ya ləğv edilib, ya
Məlumata görə, cümə günü də oxşar vəziyyət yaşanmışdı. “Heathrow”da 20 uçuş ləğv edilib, 29-u gecikib.
“Gatwick”də isə 26 uçuş gecikib, bir uçuş isə tamamilə ləğv edilib.
Təxirə salınmış və ya ləğv edilmiş uçuşlar arasında Mançester, Qlazqo və Kardiff hava limanları da var.
Hava limanı sərnişinlərə uçuş vəziyyətini əvvəlcədən yoxlamağı tövsiyə edib.
“Gatwick” hava limanı yaranmış narahatlığa görə üzr istəyib və bildirib ki, duman səbəbindən tətbiq olunan müvəqqəti məhdudiyyətlər nəticəsində gecikmələr gün ərzində davam edə bilər.
Sinoptiklərin proqnozuna əsasən, İngiltərə və Uelsin böyük hissəsində, xüsusilə cənub bölgələrində, dumanın davam etməsi gözlənilir.
Tam oxu
Xəbəri oxu