İngiltərədə helikopter qəzaya uğrayıb, ölənlər var

26.08.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərənin sahilində yerləşən Uayt adasında baş verən helikopter qəzası nəticəsində üç nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, helikopter Uayt adasındakı Şanklin şəhərinin yaxınlığında yerli vaxtla saat 09:20 qəzaya uğrayıb.

Xilasetmə xidmətlərinin məlumatına görə, gövdədə dörd nəfər olub. Onlardan üçü həlak olub, dördüncü isə ağır vəziyyətdə Saushemptondakı Universitet Xəstəxanasının Travmatologiya Mərkəzinə çatdırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью