Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
İngiltərədə inflyasiya faiz artımına zəmin yarada bilər.
Banco.az xəbər verir ki, iqtisadçıların proqnozlarına görə, çərşənbə günü açıqlanacaq məlumatlarda İngiltərədə illik inflyasiyanın sentyabr ayında 3,4 faizə çatdığı gözlənilir. Proqnozların doğrulması inflyasiya ilə mübarizə çərçivəsində yeni tədbirlərin gündəmə gəlməsinə səbəb ola bilər.
İngiltərə Bankı enerji qiymətlərinin artması və Yaxın Şərqdəki münaqişələrin uzanması səbəbindən inflyasiyanın 2027-ci ilin əvvəlində 4 faizi keçə biləcəyini proqnozlaşdırır.
İnflyasiyanın bankın 2 faizlik hədəfindən xeyli yüksək olması faiz dərəcələrinin sabit saxlanılmasını çətinləşdirir.
Bizi sosial şəbəkələrdən izləyin!!