Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Britaniya Parlamentinin keçmiş üzvü, 78 yaşlı Ann Viddekomb İngiltərədə ölü tapılıb.
Yeniavaz.com ölkənin KİV-nə istinadən xəbər verir ki, Devon və Kornuoll polisi siyasətçinin ölümü ilə bağlı qətl istintaqı başlatıb.
Polis bildirib ki, günorta saatlarında Viddekombun evinə gəlib və orada onun ağır xəsarətlərlə cəsədini aşkar ediblər.
Həmin axşam polis 26 yaşlı Britaniya vətəndaşının Viddekombun qətlində şübhəli bilinərək həbs olunduğunu açıqlayıb. Polis şəxsin kimliyi və ya onun motivi barədə heç bir məlumat açıqlamayıb.
Viddekombun qətli hazırda terror aktı və ya siyasi motivli cinayət kimi qəbul edilmir.
Qeyd edək ki, Ann Viddekomb 1947-ci ildə Somersetdə anadan olub. O, 1987-ci ildən 2010-cu ilə qədər Mühafizəkarlar Partiyasının Parlament üzvü olub. Viddekomb xüsusilə ailə məsələləri, immiqrasiya və Avropaya inteqrasiya ilə bağlı mühafizəkar baxışları ilə tanınırdı. 2019-cu ildən 2020-ci ilə qədər “Brexit” Partiyasından Avropa Parlamentinin üzvü olub.