Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turu çərçivsində sabah "Liverpul"un qonağı olacaq "Qarabağ" qitənin ən nüfuzlu klub turnirində sərgilədiyi performansla İngiltərədə də rəğbət qazanıb.
Fanat.Az-ın məlumatına görə, matç ərəfəsində mersisaydlıların azarkeş saytı olan "Rousing The Kop"da "köhlənlər"lə bağlı yazı dərc edilib.
Azərbaycan klubunun "Çelsi" ilə 2:2 hesablı heç-heçə etdiyini qabardan müəllif təmsilçimizin "Enfild"dəki matça 1 xal üçün çıxacağını vurğulayıb. Yazıdakı ən maraqlı məqam isə Ağdam təmsilçisinin cinah müdafiəçisi Toral Bayramovla bağlıdır. Məqalənin Toralla bağlı hissəsini ixtisarla təqdim edirik: "Yəqin ki, onlar qonaq qismində gözləniməz nəticəyə imza atmaq üçün hər şey edəcəklər. Amma "Qarabağ" yalnız döyüş ruhuna yox, həm də "Liverpul"a problem yaradaacaq keyfiyyətə malikdir. Bu matç ərəfəsində sol cinah müdafiəçisi Endi Robertsonun komandadakı taleyinin qeyri-müəyyən olduğunu nəzərə alsaq, rəqibin eyni mövqedə oynayan futbolçusu Toral Bayramov diqqət mərkəzində olacaq. 24 yaşlı futbolçu müdafiəçi mövqeyində yer alsa da, azarkeşlərin diqqətini haqq edir. Bəli, "Qarabağ" "Enfild"də qorxmayacaq. Bu mövsüm bütün turnirlərdə 8 qol vuran Toral isə komandasının ən yaxşı bombardiridir. 24 yaşlı futbolçu daha hücumameyilli mövqedə də yer alır. "Liverpul" Miloş Kerkezə əvəzləyici axtarırsa, o, komandaya çox üstünlük qazandırar. "Qarabağ"da 6 mövsüm keçirən Toral zəngin avrokubok təcrübəsinə malikdir. O, Azərbaycan millisində də 30-dan çox matça çıxıb. Mersisayd təmsilçisi ötən mövsüm yeni sağ cinah müdafiəçisi axtarırdı və hücuma qoşulmaq keyfiyyəti səbəbindən Jeremi Frimponqun üzərində dayandı. Bayramov da eyni işi digər "qanad"da görür. O, "Liverpul"un sol cinahında yer alsa, anoloji performans sərgiləyər. Əlkbəttə, Toral Azərbaycan Premyer Liqasının İngiltərənin elitasına dəyişsə, böyük addım atmış sayılar. "Qarabağ"da 233 oyuna 37 qol vurmuş bu futbolçu özünü yüksək səviyyədə göstərməyi haqq edir".
Nihat