İngiltərədə mövsümün ən yaxşı futbolçusu kim olacaq? Namizədlər

15.05.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasında mövsümün futbolçusu adına namizədlər müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə turnirin sosial şəbəkə hesabında məlumat yayılıb. Siyahıda 8 futbolçu yer alıb.

Bunlar Morqan Qibbs-Uayt, Kris Vud (hər ikisi “Nottingem Forest”), Məhəmməd Salah, Vircil van Deyk, Rayan Qravenberx (hamısı “Liverpul”), Aleksander İsak (“Nyukasl”), Brayan Mbeumo (“Brentford”) və Deklan Raysdır (“Arsenal”).

Qeyd edək ki, Məhəmməd Salah bir müddət əvvəl İngiltərə Futbol Yazarları Assosiasiyası (FWA) tərəfindən ilin futbolçusu seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью