İngiltərədə növbəti mövsümün təqvimi açıqlandı

20.11.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

İngiltərə Premyer Liqası 2027/2028-ci illər mövsümünün rəsmi tarixlərini təsdiqlənib.

Moderator.az xəbər verir ki, bu məlumat yarışın rəsmi internet səhifəsində yer alıb.

Növbəti futbol mövsümü 2027-ci ilin 13 avqust tarixində, cümə günü başlayacaq. Çempionatın sonuncu turu 21 may 2028-ci il tarixinə təyin edilib.

Həmişə olduğu kimi, yekun oyun gününün bütün qarşılaşmaları eyni vaxtda start götürəcək.

Vurğulanır ki, yeni mövsümün başlanması 2026/2027 mövsümü yekunlaşdıqdan sonra futbolçulara 75 günlük tam istirahət imkanı yaradacaq.

Çempionatın yekunu UEFA Çempionlar Liqasının həlledici final matçından bir həftə öncəyə təsadüf edəcək. 2027/2028 mövsümü ərzində ümumilikdə 33 həftəsonu və həftənin ortasında beş tur təşkil olunacaq. Həmçinin, bayram günlərində (Milad və Yeni il ərəfəsində) iki tur arasındakı fasilənin 60 saatdan az olması hallarına yol verilməyəcək. Bu addım qış aylarında oyun qrafikinin sıxlığının aradan qaldırılması məqsədilə klublar qarşısında götürülən öhdəliklərə əsasən atılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью