futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şotlandiyanın “Seltik” klubunun və Yaponiya millisinin hücumçusu Daidzen Maeda karyerasını İngiltərədə davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 28 yaşlı futbolçu 10 milyon funt qarşılığında “İpsviç”ə transfer olub. Premyer Liqa təmsilçisi yaponiyalı forvardla 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Maeda 2022-ci ildən “zolaqlılar”ın heyətində çıxış edirdi. Təcrübəli hücumçu ötən mövsüm keçirdiyi 54 matçda 17 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.