İngiltərədə oynayan türkiyəli futbolçu rekorda imza atdı

13.01.2025

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə millisinin və "Mançester Yunayted"in qapıçısı Altay Bayındır "Arsenal"la qarşılaşmadakı çıxışı ilə adını tarixə yazdırıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, matçda komandasının qapısını qoruyan Altay əsas vaxt da daxil olmaqla, ümumilikdə 2 penalti zərbəsini dəf edib. Bununla da o, 10 nəfər qalan "Mançester"i növbəti mərhələyə daşıyıb.

Bayındır həmçinin 2013-2014-cü ildən bəri İngiltərə Kuboku matçında əsas vaxtda və penaltilər seriyasında penaltini dəf edən ilk Premyer Liqa qapıçısı olub.

Tural
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью