İngiltərədə PKKya qarşı əməliyyat keçirilib

27.11.2024

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Böyük Britaniyada polis terror təşkilatı PKK-ya qarşı aparılan istintaq çərçivəsində 2-si qadın olmaqla 6 nəfəri saxlayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, London Metropoliten Polisi Terrorla Mübarizə İdarəsinin paytaxt Londonda müxtəlif ünvanlara əməliyyatlar keçirdiyini bildirib.

İstintaq çərçivəsində Londondakı 8 ünvanda axtarışlara başlanılıb. Axtarış aparılan ünvanlar arasında Londondakı Harinqey bölgəsində yerləşən Kürd Cəmiyyət Mərkəzi də var. Polis, cəmiyyət mərkəzində aparılan araşdırmanın 2 həftə çəkə biləcəyini qeyd edib.

Terrorla mübarizə üzrə müvəqqəti direktor Helen Flanaqan bildirib: "PKK ilə əlaqəli şəxslər tərəfindən təsir altında olduğunu və ya hədəfə alındığını düşünən hər kəsi bizimlə əlaqə saxlamağa çağırıram."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью