İngiltərədə qripə yoluxanların sayı rekord həddə çatıb KONKRET

08.01.2025

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərədə xəstəxanalar qrip virusundan əziyyət çəkənlərin öhdəsindən gələ bilmədiyi üçün xəstələr günlərlə gözləməli olurlar.

KONKRET.az “The Times”ə istinadən xəbər verir ki, bu barədə Milli Səhiyyə Xidmətinin mətbuat katibi bildirib. Onun sözlərinə görə  “Tibb işçiləri təzyiq altında işləyirlər və tələbat dayanmadan artır. Son rəqəmlər vəziyyətin təhlükəli həddə çatdığını göstərir. Gün ərzində xəstəxanalara  beş mindən çox xəstə müraciət edir”.  Qeyd olunur ki, ötən həftə krallığın 9 xəstəxanasında yer olmadığı üçün xəstə qəbulu dayandırılıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью