İngiltərədə rekord miqdarda saxta arıqlama dərmanları müsadirə olunub

25.10.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

London, 25 oktyabr, AZƏRTAC

Böyük Britaniyanın Dərmanlar və Səhiyyə Məhsulları Tənzimləmə Agentliyi (MHRA) ölkədə qeyri-qanuni arıqlama preparatları istehsal edən zavodu aşkarlayaraq dünyanın ən böyük miqdarda lisenziyasız arıqlama dərmanlarının ələ keçirildiyini bildirib.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, reyd zamanı “Eli Lilly” şirkətinin “Mounjaro” və “Zepbound” dərmanlarının tərkibindəki “tirzepatid” adlı maddə ilə etiketlənmiş 2 min inyeksiya qələmi, habelə hazırda sınaq mərhələsində olan “retatrutid” adlı eksperimental piylənmə dərmanı aşkarlanıb. Bundan əlavə, on minlərlə boş inyeksiya qələmi və xammal kimyəvi maddələr də müsadirə edilib.

Bu zavodun Böyük Britaniyada aşkar edilən ilk belə qanunsuz istehsal məntəqəsi olduğu qeyd olunub.

Qeyd edək ki, son aylarda saxta və tənzimlənməyən arıqlama dərmanlarının internet üzərindən və gizli şəbəkələr vasitəsilə satışının artması qlobal əczaçılıq şirkətləri və tənzimləyici qurumlar arasında ciddi narahatlıq yaradıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью