Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
İngiltərədə yay mövsümünün başa çatması ilə əlaqədar əhaliyə “sərxoş eşşəkarıları” barədə xəbərdarlıq edilib.
“Cebheinfo.az” xəbər verir ki, Britaniya Zərərvericilərə Nəzarət Assosiasiyası (BPCA) bildirib ki, yuvalarını tərk edən işçi eşşəkarıları fermentləşmiş meyvələrə və şəkərli qidalara yönəlir.
Bu qidalarla qidalandıqdan sonra isə sərsəmləşərək daha aqressiv davrana bilirlər.Mütəxəssislərin sözlərinə görə, bu davranış dəyişikliyi yay mövsümünün sonu ilə bağlıdır.
İşçi eşşəkarıları yay ərzində sürfələri bəsləsələr də, mövsümün sonunda bu vəzifə azalır və onlar şəkər ehtiyacını ödəmək üçün qida axtarmağa başlayırlar.
Həddindən artıq yetişmiş və fermentləşmiş meyvələr, açıqda qalan şirniyyatlar, eləcə də şirin içkilər eşşəkarılarının əsas cəlb olunduğu qidalar hesab olunur.
BPCA qeyd edib ki, fermentləşmiş şəkərli qidalar
eşşəkarılarını təkcə sərsəmləşdirmir, həm də onların davranışını dəyişərək sancma riskini artırır.
“Coventry Observer” nəşrinin məlumatına görə, vətəndaşlara eşşəkarıları ilə qarşılaşdıqları zaman onları vurmaqdan və xüsusilə yuvalarını narahat etməkdən çəkinmək tövsiyə olunub. Bildirilib ki, narahat edilən koloniyalar qısa müddətdə aqressivləşə bilər.
Əfsanə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin