İngiltərədə spirtli içkilərlə bağlı ölümlər rekord səviyyəyə çatıb AZƏRTAC

19.12.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

London, 19 dekabr, AZƏRTAC

İngiltərədə son dörd ildə yalnız spirtli içkilərin səbəb olduğu ölümlərin sayında ciddi artım müşahidə edilib.

AZƏRTAC xəbər verir ki, 2023-cü ildə İngiltərədə spirtli içkilərlə bağlı 8 min 200-dən çox insan həyatını itirib. Bu, 2019-cu illə müqayisədə 42 faiz artım deməkdir. Ən yüksək ölüm göstəriciləri şimal-şərq bölgəsində qeydə alınıb.

“Alcohol Health Alliance UK” təşkilatı spirtli içki istehlakını azaltmaq üçün Şotlandiyada olduğu kimi hər vahidə görə minimum qiymət tətbiqini təklif edib. Hökumət bu göstəriciləri qəbuledilməz adlandırıb və İngiltərədəki Milli Səhiyyə Xidmətinin (NHS) 10 illik planında ictimai sağlamlıq prioritetlərinin irəli çəkiləcəyini bildirib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью