İngiltərədə təyyarə təcili eniş etdikdən sonra hava limanı bağlanıb

06.08.2025

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərənin Birminqem şəhərində təyyarə təcili eniş etdikdən sonra hava limanı bağlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Açıqlamada, "Birminqem hava limanı şəxsi təyyarənin təcili eniş etməsi səbəbindən bağlanıb. Bu axşam bütün uçuşlar və enişlər ləğv edilib" deyilir.

Sözügedən təyyarənin Belfasta uçan, lakin "uçuş zamanı fövqəladə vəziyyət" səbəbiylə Birminqama enən "Beech King Air" təyyarəsi olduğu bildirilir.

Dərc edilmiş məlumata görə, hava limanındakı vəziyyət təxminən 100 reysin uçuş vaxtlarına təsir edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью