İngiltərədə xəstələr dəhlizlərdə müalicə olunur

16.01.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

Böyük Britaniyada səhiyyə sistemi artan qrip hallarına görə sıx təzyiq altındadır. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

İngiltərə Səhiyyə Naziri Ues Stritinq bu ilin əvvəlində  53 min Milli Səhiyyə Sistemi (NHS) işçisinin xəstəlik məzuniyyəti aldığını açıqlayıb.

Stritinq, qrip epidemiyasının təsirləri və kadr çatışmazlığı səbəbindən xəstələr dəhlizlərdə müalicə olunduğunu bildirib.

Nazir dəhlizlərdə müalicə alan xəstələrin vəziyyətini 14 illik səhiyyə siyasətinin uğursuzluğunun amansız nəticəsi kimi qiymətləndirərək, bu təcrübəni tarixə "basdırmaq” istədiklərini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью