Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Böyük Britaniyada keçirilən yarış zamanı iki 25 yaşlı kişi dünyasını dəyişib.
İdman.Biz “Sky Sports”a istinadən xəbər verir ki, hər iki iştirakçı qaçış zamanı huşunu itirib. Təcili tibbi yardıma baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.
Marşrutu Nyukasldan Saut-Şildsə qədər uzanan “Great North Run”da ümumilikdə 63 minə yaxın iştirakçı start xəttinə çıxıb.