İngiltərədə yarış zamanı iki 25 yaşlı idmançı dünyasını dəyişdi

14.09.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərədə keçirilən “Great North Run” yarımaratonunda iştirak edən iki 25 yaşlı idmançı yarış zamanı dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Sky News” məlumat yayıb.

Hər iki qaçışçı trasda yıxılıb və tədbirdə növbədə olan tibb işçiləri onların həyatını xilas edə bilməyiblər. Ölümün dəqiq səbəbləri açıqlanmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью