İngiltərədə yeni boy rekordu

28.07.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərə Premyer Liqasında bütün zamanların boy rekordçusu müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, “İpsviç Taun” niderlandlı qapıçı Kyell Sxarpenin transferini elan edib. 26 yaşlı qolkiperin boyu 206 santimetrdir və bu, turnir tarixinin ən yüksək göstəricisidir.

Təcrübəli qolkiper Belçikanın “Yunion Sent-Jilluaz” klubundan keçid edərək “traktorçular”la 4 illik müqavilə imzalayıb.

Sxarpen bu göstərici ilə “Çelsi”nin sabiq qapıçısı Lukas Berqströmün (205 sm) rekordunu geridə qoyub.

Kyell Sxarpen karyerası ərzində “Ayaks”, “Brayton”, “Ostende”, “Vitess” və “Şturm” kimi klubların da şərəfini qoruyub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью