İngiltərədə yoxa çıxan türkiyəli professorun meyiti tapılıb

20.12.2024

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Mexanik mühəndisi Prof. Dr.Orhan Ekrenin cansız cəsədini Bələdiyyənin təmizlik işçisi Regent kanalında tapıb. Hadisə yerinə gedən polis meyitin şəxsiyyətinin müəyyən edilməsi üçün çəkdiyi fotoşəkilləri ailəsinə göndərib. Ailəsi xəbər tutduqdan sonra cənazənin İzmirə gətirilməsi üçün lazımi hazırlıqlara başlanılıb.

Gununsesi.info Türkiyə KİV- ə istinadən xəbər verir ki, professor 26 noyabrdan bəri axtarılır.

Prof. Dr. Ekrenin həyat yoldaşı Banu Ekren Anadolu Agentliyinə verdiyi açıqlamada ailənin istifadə etdiyi məkan izləmə proqramında ərinin cəsədinin son siqnalın alındığı yerdə tapıldığını bildirib.

Yarılma əməliyyatlarının davam etdiyini bildirən Banu Ekren cənazə qəbul edildikdən sonra yaşadığı şəhərə gətirilərək İzmirin Torbalı rayonunda dəfn ediləcəyini açıqlayıb.

Prof. Dr. Orhan Ekrenin itki xəbəri İngiltərə xəbərlərində bu cür yayıldı: Milton Keynes şəhərinə yaxın bir ərazidə yaşayan Ekren 26 noyabr axşam saatlarında Londonun Camden bölgəsinə getdi və həmin tarixdən sonra ondan heç bir xəbər alınmadı.

Kanalın ətrafından Ekrenə məxsus bel çantası və yaş paltar tapılıb, həmçinin çantadakı şəxsi əşyaların əl dəyilməmiş olduğu bildirilib.

Günel Həsənova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью