İngiltərədə zooparkda pələng kişiyə hücum etdi Hadisə yerində öldü+Video

11.10.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

İngiltərənin Donkaster şəhəri yaxınlığındakı “Yorkshire Wildlife Park” zooparkında faciəvi hadisə baş verib.

 “Qafqazinfo” xəbər verir ki, bir nəfər pələnglərin saxlanıldığı əraziyə daxil olduqdan sonra heyvanın hücumuna məruz qalıb.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, həmin şəxs aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Pələngin ictimaiyyət üçün əlavə təhlükə yaratmadığı bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью