İngiltərədən Abramoviçə qarşı məhkəmə iddiası: Əldə olunan gəlir Ukraynaya verilsin

03.06.2025

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsindən sonra rusiyalı iş adamı Roman Abramoviçin 2022-ci ildə "Çelsi"ni satmaq qərarından əldə etdiyi 2,5 milyard funt-sterlinq gəlir satışdan sonra İngiltərədəki bir bankda dondurulub.
Turkustan.az xəbər verir ki, Böyük Britaniyanın da sanksiyalarına məruz qalan Abramoviç satışdan əldə edilən gəlirə daxil ola bilmir, lakin pulun hələ də qanuni olaraq ona məxsus olduğu məlumdur.
Abramoviçin satışdan əldə olunan gəlirin “Ukraynada müharibənin bütün qurbanlarına” yardım məqsədi ilə xeyriyyə fonduna veriləcəyini açıqlamasına baxmayaraq, Böyük Britaniya hökuməti gəlirin yalnız Ukraynaya humanitar yardıma verilməsini tələb edir.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью