İngiltərədən doğma klubuna qayıdacaq

06.01.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Kiran Tirni “Arsenal”dan ayrılacaq. O, karyerasını “Seltik”də davam etdirəcək.

İnsayder Fabritsio Romanonun məlumatına görə, artıq klublar arasında keçidlə bağlı razılıq əldə olunub.
"Football-plus.az" xəbər verir ki, 27 yaşlı müdafiəçi yaxın günlərdə qlazqolulara qoşulacaq.
Qeyd edək ki, Kiran “Seltik”in yetirməsidi. Şotlandiya yığmasının üzvü “Arsenal”a 2019-cu ilin avqust ayında keçib. O, bu mövsüm londonluların heyətində yalnız bir oyunda meydana çıxmaq şansı qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью