İngiltərədən Esma Əsəd açıqlaması: Xoş qarşılanmaz

30.12.2024

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Baş nazirlik mənbələri, 2020-ci ildə vaxtı bitən Britaniya pasportunu yeniləməyən Esma Əsədin heç bir səyahət sənədinin olmadığını və tətbiq edilən sanksiyalara görə İngiltərəyə girişinin mümkün olmadığını bildirib.

Bizimyol.info xəbər verir ki, Britaniyanın daxili işlər naziri İvet Kuper Esma Əsədin ölkəyə buraxılmayacağını bildirib.

Böyük Britaniyanın xarici işlər naziri David Lammy dekabrın 9-da İcmalar Palatasında verdiyi açıqlamada: "Əsəd sanksiyaya məruz qalan bir şəxsdir və burada xoş qarşılanmayacaq", - deyə bildirib.

Qeyd edər ki, Suriyadan qaçan keçmiş prezident Bəşər Əsəd ailəsi ilə birlikdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə sığınıb. Mətbuatda verilən məlumatlara görə, onun həyat yoldaşı Əsma Əsəd vətəndaşlığı olan Britaniyaya köçmək üçün yollar arayır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью