İngiltərədən İtaliya nəhənginə qoşuldu

08.02.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.
Turin klubu “Nyukasl”dan Lloyd Kellini transfer edib. 26 yaşlı müdafiəçi yeni komandasında icarə əsasında çıxış edəcək. Müqavilədə satınalma bəndi də nəzərdə tutulub.
Qeyd edək ki, Kelli bu mövsüm “Nyukasl”ın formasında 14 oyunda meydana çıxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью