İngiltərədən türkiyəli üçün həmlə

11.08.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Çempion heyətini qoruyub yeni transferlərlə güclənməyi hədəfləyən “Qalatasaray”ın aparıcı futbolçularına Avropadan maraq artır. Bu oyunçuların başında isə Barış Alper Yılmaz gəlir.

Futbolpress.az xəbər verir ki, əvvəlki mövsümün əvvəlində NEOM-a keçidi baş tutmadığı üçün rəhbərliklə problemlər yaşayan, lakin daha sonra komandada qalan türkiyəli futbolçu “Cim-Bom”un son çempionluğunda böyük pay sahibi olub.

Ötən il Səudiyyə Ərəbistanından gələn təklifi geri çevirən “Qalatasaray” bu dəfə İngiltərə Premyer Liqası klublarının diqqət mərkəzindədir. “Everton”un 26 yaşlı vinger üçün təxminən 41 milyon avro təklif etdiyi, lakin İstanbul təmsilçisinin bu rəqəmlə razılaşmadığı bildirilir. Digər tərəfdən, “Tottenhem” də futbolçunun durumunu yaxından izləyir.

Türkiyə mətbuatının xəbərinə görə, “sarı-qırmızılılar” Barış Alperi komandada saxlamaq niyyətindədir, lakin milli futbolçu Premyer Liqaya yollanmaq istəsə, rəhbərlik onun qarşısını kəsməyəcək. Klub bu transferdən ən azı 50 milyon avro qazanmağı hədəfləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью