İngiltərəli azarkeşlər VAR sisteminin ləğvini dəstəkləyirlər

30.03.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərə və Uelsdə azarkeşlərin maraqlarını təmsil edən Futbol Azarkeşləri Assosiasiyası sorğu keçirib.

Bakıvaxtı.az "Sky Sport"a istinadən xəbər verir ki, respondentlərin 76 faizi Video köməkçi hakim (VAR) sisteminin ləğvini dəstəkləyirlər.

Premyer Liqa klublarının fanatlarına VAR-ın tətbiqi ilə bağlı ümumi təəssürat, sistemdə edilən müxtəlif dəyişikliklər, eləcə də video hakimlərin səlahiyyətlərinin genişləndirilməsi barədə 15 sual ünvanlanıb.

Azarkeşlər VAR-ın işinin nə daha sürətli, nə də daha dəqiq olduğuna inanırlar.

Stadionlara gedən tərəfdarların cəmi 3,4 faizi VAR-ın oyunun inkişafına müsbət təsir göstərdiyini düşünür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью