İngiltərəli futbolçu Milan a təklif olunub

29.06.2026

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Mançester Yunayted"in yarımmüdafiəçisi Meyson Maunt karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az "MilanPrees"-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu "Milan"a təklif olunub.

Mənbənin sözlərinə görə, "qırmızı-qaralar" ingiltərəli oyunçunun transfer imkanını dəyərləndirir.
Hazırda futbolçunun transfer dəyəri təxminən 25 milyon avro qiymətləndirilir. Lakin tərəflərin daha aşağı məbləğ qarşılığında razılığa gələ biləcəyi qeyd olunur.
Qeyd edək ki, Meyson Maunt 2023-cü ildən "Mançester Yunayted"in formasını geyinir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью