Icma.az, Apasport portalına istinadən məlumat yayır.
"Aston Villa"nın futbolçusu Ceykob Remzi Premyer Liqada klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi "Nyukasl Yunayted"ə transfer olmağa çox yaxındır.
Bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, "sağsağanlar" 24 yaşlı oyunçu üçün 40 milyon avronu gözdən çıxarıb. "Aston Villa" bu təklifə müsbət yanaşır. Razılaşma əldə olunarsa, keçidin bu həftə ərzində baş tutacağı gözlənilir.
Qeyd edək ki, Ceykob Remzi "Aston Villa"nın yetirməsidir. O, indiyədək klubun heyətində 167 rəsmi matçda 17 qol vurub və 19 məhsuldar ötürmə edib.
Super Liqada yaxa kamerasından istifadəyə start verilib Mauro İkardi: "Osimhenlə birlikdə çıxış edəcəyimə görə xoşbəxtəm" Falkaonun qol vurduğu toplar satışa çıxarılıb Luiz Enrike: "Donnarummanın ayrılmasını mən istədim" PSJ - “Tottenhem” matçı bu kanalda