İngiltərəli hakim istefaya göndərildi

10.12.2024

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

"Liverpul" futbol klubunu və komandanın baş məşqçisi Yurgen Kloppu təhqir edən ingilis futbol hakimi Devid Kut işdən qovulub.

Apasport.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Araşdırmalar nəticəsində 42 yaşlı hakimin əmək müqaviləsinin müddəalarını ciddi şəkildə pozduğu müəyyən edilib.

Daha öncə lisenziyası əlindən alınan mütəxəssis istefaya göndərilib.

Qeyd edək ki, Kut əmək müqaviləsinə xitam verilməsi qərarından şikayət etmək hüququna malikdir.

Anton Krivotsyukun taleyi müəyyənləşib - Rəsmi Messi: "Ramos məni ən çox əsəbiləşdirən futbolçu idi" "Real Madrid" "Çelsi"nin ulduzunu ala bilər "Beşiktaş"ın ulduz futbolçusu zədələnib Ərəblər türkiyəli hakimdən imtina etdilər
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью