İngiltərəli hakim niyə kuryerlik edir?

04.06.2025

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Futboldan uzaqlaşdırılan ingiltərəli hakim Devid Kut özünə yeni peşə tapıb.

News24.az qol.az-a istinadən xəbər verir ki, o, hazırda kuryerlik edir.

Kut bir sıra insidentlərdən, o cümlədən  "Liverpul"in keçmiş baş məşqçisi Yurgen Klopp barədə təhqiramiz ifadələr işlətdiyi videosunun yayılmasından sonra cəzalandırılıb. O, ötən ilin noyabrında UEFA tərəfindən 18 aylıq diskfalifikasiya edilib.

Kutun həmçinin Avro-2024 zamanı qadağan olunmuş preparatlardan istifadə etməsi də sübut olunub.

İngilis hakim açıqlamasında yeni işi ilə bağlı bunları deyib: "Mən sadəcə olaraq irəliləmək istəyirəm. Məqsəd tapmaq və məsuliyyətli olmaq vacibdir. Bu iş mənə rahatlamağa kömək edir. Lakin mən bunu yeni karyera kimi görmürəm".

Qeyd edək ki, Kut Devid 2026-cı ilin yayına qədər hakimlikdən kənarlaşdırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью