Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Aston Villa”nın hücumçusu Olle Uotkins karyerasını Səudiyyə Ərəbistanıda davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Əl Hilal” ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Riyad təmsilçisi 30 yaşlı forvard üçün 45 milyon avro təklif edib. Klublar arasında danışıqlar davam edir.
Uotkins 2020-ci ildən “Aston Villa”da çıxış edir. O, Birmingem təmsilçisində 221 oyunda 91 qol vurub.
Forvard İngiltərə yığmasının da üzvüdür. Hücumçu millidə 24 oyunda 7 qola imza atıb.