İngiltərəli hücumçu “Neftçi”də

08.02.2025

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda son olaraq Kiprin “Paralimni” klubunda çıxış edən Bassala Sambou ilə anlaşıb.

27 yaşlı ingilis hücumçu artıq Bakıdadır. Yaxın saatlarda klub oyunçunun keçidini rəsmən açıqlayacaq.

O, cari mövsüm komandasının heyətində 18 oyunda 3 qol vurub, 1 assist edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью