Icma.az bildirir, Report.az portalına istinadən.
İngiltərənin "Arsenal" klubunun futbolçusu Bukayo Saka azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, VI turda "Monako" ilə görüşdə komandasının 3:0 hesablı qələbəsində 2 qol vurub və 1 asist edib.