Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun ingiltərəli hücumçusu Ayven Toni komandadan niyə ayrılmaq istəmədiyini açıqlayıb.
Xatırladaq ki, daha əvvəl futbolçunu İngiltərə Premyer Liqasının bir neçə klubu, eləcə də Turin "Yuventus"u heyətinə qatmağa cəhd göstərmişdi.
İdman.Biz xəbər verir ki, 29 yaşlı hücumçu “Daily Mirror” nəşrinə açıqlamasında söyləyib ki, Səudiyyə Ərəbistanı futbol liqasında qol vurmaq asan deyil.
"Hazırda hər şeyin mənim üçün yaxşı getdiyini hiss edirəm və Səudiyyə Ərəbistanında qol vurmağa davam etsəm, bəlkə də mənim üçün yeganə ola biləcək dünya çempionatına düşmək şansım daha da artacaq. Bu liqada qol vurmaq asan deyil, bu, çətindir. Amma belə bir komandada çıxış etməyim mənə şans yaradır", - deyə Toni bildirib.
Cari mövsümdə 29 yaşlı hücumçu bütün turnirlərdə 28 oyunda meydana çıxıb, 26 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı qarşıdan gələn yay ABŞ, Kanada və Meksikada keçiriləcək.