İngiltərəli yarımmüdafiəçi Ayaksdan ayrıldı

10.07.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərəli yarımmüdafiəçi Cordan Henderson Niderlandın "Ayaks" komandasından ayrılıb.

Bakıvaxtı.az Report-a istinadla, 35 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.

Henderson 2024-cü ilin əvvəlindən "Ayaks"da çıxış edirdi. O, keçirdiyi 57 oyunda 1 qol vurub və 9 məhsuldar ötürmə edib.

Yarımmüdafiəçi əvvəllər İngilətərənin “Liverpul”, “Sanderlend” və “Koventri”, Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klublarında çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью