İngiltərəli yarımmüdafiəçi “Karvan Yevlax”dan ayrılıb

04.06.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Başa çatan mövsümdə futbol üzrə Azərbaycan Premyer Liqasını tərk edən “Karvan-Yevlax”da ayrılıq yaşanıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Karvan-Yevlax” Futbol Klubu məlumat yayıb.

Bildirilir ki, bölgə təmsilçisi Kayl Spenslə vidalaşıb. İngiltərəli yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Kayl Spens geridə qalan mövsümdə Yevlax klubunun heyətində 34 oyun keçirib, 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Karvan-Yevlax” növbəti mövsümdə Azərbaycan I Liqasında mübarizə aparacaq.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью