Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Mançester Yunayted", "Liverpul", "Tottenhem" və "Arsenal" Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə əlaqədar "Mançester Siti"yə qarşı ayrı-ayrı hüquqi iddialar hazırlayırlar. Sport24.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
İlk üç klub qüvvələrini birləşdirərək Londonda yerləşən "Wiggin" hüquq firmasına müraciət edib, "Arsenal" isə "HFS Kramer" ilə əməkdaşlıq edir. Klublar mümkün maliyyə itkilərini birgə qiymətləndirsələr də, hər biri ayrıca iddia qaldıracaq.
İddialar 2009–2018-ci illər ərzində itirilmiş gəlirlərlə (mükafat pulları, avrokuboklarda iştirakdan əldə olunan gəlirlər və digər maliyyə imkanları) bağlıdır. Belə ki, "Tottenham" dörd dəfə Çempionlar Liqasına vəsiqə qazana bilməyib və yerini "Mançester Siti"yə verib. "Mançester Yunayted" və "Liverpul" müvafiq olaraq 2012 və 2014-cü illərdə çempionluq uğrunda mübarizədə "şəhərlilər"ə uduzublar. "Arsenal" isə 2017-ci ildə mövsümü beşinci pillədə başa vuraraq Çempionlar Liqasından kənarda qalıb.
Qeyd edək ki, müstəqil komissiya "Mançester Siti""yə irəli sürülən 115 ittihamdan 114-ü üzrə təqsirli bilib.