İngiltərənin məşhur futbolçusu vəfat etdi

18.01.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərənin "Mançester Yunayted" futbol klubu ilə Avropa Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) qalibi şotlandiyalı Denis Lou 85 yaşında vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Mançester Yunayted"in mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, 1964-cü ildə Lou, Fransanın "France Football" jurnalına görə ən yaxşı futbolçuya verilən "Qızıl top" mükafatını qazanıb. Həmin vaxt bu mükafat yalnız Avropa klublarında oynayan avropalı oyunçulara verilirdi.

Lou 1962-1973-cü illərdə "Mançester Yunayted"də çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью