Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrailin 2023-cü ilin oktyabrından etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda İngiltərənin rolunun araşdırılması tələbi ilə başladılan kampaniyada 100 mindən çox imza toplanıb.
"Cebheinfo.az" xəbər verir ki, petisiyada İsrailə silah tədarükü, müşahidə təyyarələrindən istifadə və Britaniya hərbi bazalarının mümkün rolunun müstəqil araşdırma çərçivəsində öyrənilməsi tələb olunur.
"Sizin Partiyanız"ın (Your Party) İcraiyyə Komitəsinin sədri Cennifer Forbs tərəfindən başladılan kampaniya nəticəsində toplanan imzalar məsələnin parlamentdə müzakirəyə çıxarılıb-çıxarılmayacağı ilə bağlı qiymətləndirmə prosesinə yol açıb.
İşçi Partiyasının keçmiş lideri, hazırda müstəqil deputat olan Ceremi Korbin imza kampaniyası ilə bağlı ABŞ-nin "X" sosial şəbəkə platformasında açıqlama verib:
"Yüz min insan çox sadə bir səbəbdən petisiyamızı imzalayıb. Onlar İngiltərənin soyqırımda iştirakına dair həqiqətləri öyrənmək istəyirlər. Onlar cavabları bilməyə, Fələstin xalqı isə ədalətə layiqdir".
Korbin İngiltərə Parlamentinin artıq bu məsələni müzakirə etmək üçün vaxt ayırmalı olduğunu bildirib:
"Bu araşdırma aparılana qədər mübarizəmizdən əl çəkməyəcəyik. Biz həqiqət və ədalət istəyirik".
Petisiyada İngiltərənin İsrailə silah satışı və tədarükü, müşahidə təyyarələrindən istifadə, eləcə də Kral Hərbi Hava Qüvvələrinə (RAF) məxsus bazaların Qəzzaya hücumlarda mümkün rolunun araşdırılması tələb olunur.
Bu məqsədlə 2023-cü ilin oktyabrından etibarən İngiltərənin fəaliyyətini əhatə edəcək tam müstəqil araşdırmanın başlanması təklif edilir. Araşdırma çərçivəsində qərarların qəbulunda iştirak edən hökumət üzvlərinin və rəsmilərin dindirilməsi üçün müvafiq səlahiyyətlərin verilməsi də tələb olunur.
Bundan əlavə, İngiltərə hökumətinin Qəzzada soyqırım törədilib-törədilməməsi ilə bağlı hüquqi qiymətləndirmələr apararkən hansı hüquqi rəylərə əsaslandığının açıqlanması istənilir.
Petisiya 2027-ci il aprelin 23-dək imzalanmaq üçün açıq qalacaq.
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin