İngiltərənin Stansted hava limanında baş vermis yanğın xaosa səbəb olub

24.09.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

London, 24 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın Stansted hava limanında baş vermiş yanğın on minlərlə sərnişinin çətin vəziyyətdə qalmasına səbəb olub.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, hadisə nəticəsində təhlükəsizlik yoxlamaları dayandırılıb və bəzi təyyarələr sərnişinsiz havaya qalxıb. Məlumata görə, yanğın saat 03:30-da əsas uçuş zalının bir hissəsi olan “Escape Lounge”da başlayıb. Xəsarət alan olmayıb və yanğın hava limanının yanğınsöndürmə xidməti tərəfindən tez bir zamanda söndürülüb. Lakin güclü tüstü səbəbindən zalın ətrafı təxliyə edilib və sərnişinlərin təhlükəsizlikdən keçməsinə icazə verilməyib. Sərnişinlər təxminən iki saat ərzində terminal binasının xaricində gözləməyə məcbur olublar.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью