İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

07.08.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

London, 7 avqust, AZƏRTAC

İngiltərənin Norfolk qraflığının Tetford şəhərində miqrasiya əleyhinə etiraz aksiyaları ilə əlaqədar iğtişaşların üçüncü gecəsində daha 2 nəfər saxlanılıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Norfolk polisi təhlükəsizlik məqsədilə sığınacaq axtaran şəxsləri yaşadıqları evlərdən təxliyə edib. Polisin məlumatına görə, yaşı 40-dan yuxarı olan 2 kişi həbs olunub və bununla da, iğtişaşlarla bağlı saxlanılanların ümumi sayı 5-ə çatıb.

Avqustun 4-ü və 5-i axşam etirazçılar sığınacaq axtaranların yaşadıqlarını güman etdikləri evlərə daxil olmağa cəhd göstəriblər, hüquq-mühafizə orqanlarının əməkdaşları ciddi aqressiya ilə üzləşiblər.

Şahidlərin sözlərinə görə, 200-ə yaxın şəxsin iştirak etdiyi aksiya zamanı daş və yumurtalar atılıb, etirazçılar “onlar buradan getsinlər” şüarları səsləndiriblər.

Polis bildirib ki, kişi əməkdaşlardan 1-i daş zərbəsi alıb, qadın polis əməkdaşı isə ciddi xəsarət alıb. Norfolk Polisi iğtişaşlarla bağlı araşdırmaların davam etdiyini və ictimai asayişin qorunması üçün əlavə tədbirlərin görüldüyünü açıqlayıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью