İnhisarçılıqla mübarizə: Rəqabət Məcəlləsi nələri dəyişəcək? | Icma.az
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məlum olduğu kimi, iyul ayının 1-dən etibarən Azərbaycanda Rəqabət Məcəlləsi qüvvəyə minib.
Ölkədə ifrat həddə çatmış inhisarlaşmanın qarşısını almaq, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafına şərait yaratmaq üçün hüquqi bazanın bir sənəddə toplanması, konkret çərçivələrin müəyyənləşməsi Rəqabət Məcəlləsinin qəbulunu zəruri edirdi.
Bu oturuşmuş rəy həm də cəmiyyətin fikrinə çevrilmişdi. İndi artıq hamının gözlədiyi sənəd qəbul edilib.
Qüvvəyə minən Rəqabət Məcəlləsinin azad sahibkarlığın inkişafına, rəqabət mühitinin formalaşmasına, bu sahədə sağlam rəqabətin olmasına necə təsir etdiyi, sahibkarlar qədər istehlakçılar üçün də maraqlı, eyni zamanda da əhəmiyyətlidir.Rəsmi məlumata görə, 12 fəsil, 84 maddədən ibarət Rəqabət Məcəlləsi Azərbaycanda azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati, hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır.
Məcəlləyə əsasən, rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması və qanun pozuntularının aradan qaldırılması məqsədilə rəqabət orqanı tərəfindən rəqabət komissiyası yaradılır.
Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.
Rəqabət Məcəlləsi nələri dəyişəcək? Ölkə iqtisadiyyatına nə verəcək?
Tam oxu
Xəbəri oxu