Icma.az, Sia Az portalına istinadən məlumat yayır. Dünən ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, tanınmış politoloq və siyas
SİA mövzu ilə bağlı səfərdə iştirak edən partiya sədrlərinin fikirlərini öyrənib.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa: “Siyasi partiyaların birlikdə Xankəndi və Xocalıya səfər etməsi olduqca anlamlı bir tədbirdir.
Bu, Prezident Administrasiyasının Partiyalarla İş Şöbəsinin müdiri Ədalət Vəliyevin təşəbbüsü ilə gerçəkləşdirildi.
Artıq beşinci səfərimiz idi. Xüsusən, Xocalı çox anlamlı bir səfər idi.
Çünki burada uzun illərin acısını yaşamış Azərbaycan xalqının nümayəndələri kimi hansı duyğular keçirdiyimiz hər kəsə bəllidir.
Amma bu gün çiçəklənən, inkişaf edən bir Xocalı görəndə insanın ürəyi açılırdı və bu cür böyük bir vəhşiliyə məruz qalmış Azərbaycan torpağının, Azərbaycan insanının kədərinin üstündən yeni bir dönəmin başlaması hər halda ürək açandır.
Çünki insanlar bu acıya, kədərə əbədi qapıla bilməzlər. İnkişaf etməlidir cəmiyyət, biz yaralarımızı sarıyıb yenə də ayaqda durmağa məhkumuq