İnkişafın Azərbaycan nümunəsi inkaredilməz reallıqdır

09.09.2026

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının XII konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı və Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası bu gün ölkənin aparıcı siyasi qüvvəsi kimi fəaliyyətini uğurla davam etdirir. V.İsayev rayon təşkilatının ötən dövr ərzində gördüyü işlər, rayonda həyata keçirilən ictimai-siyasi tədbirlər və partiya üzvlərinin fəal iştirakı barədə məlumat verib.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi-siyasi zərurətdən irəli gəldiyini, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə partiyanın qısa müddətdə geniş ictimai dəstək qazandığını və Azərbaycanın siyasi həyatında aparıcı qüvvəyə çevrildiyini diqqətə çatdırıb. O, Yeni Azərbaycan Partiyasının bir çox nailiyyətlərə imza atdığını bildirib, eləcə də Göygöl rayonunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edərək bu proseslərdə partiya üzvlərinin aktiv rolundan danışıb.

Çıxış edən Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, müasir Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin ölkənin inkişafını daha da sürətləndirdiyini, Azərbaycanın beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdiyini deyib. Deputat qeyd edib ki, inkişafın Azərbaycan nümunəsi inkaredilməz reallıqdır.

Çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov isə partiyanın müasir dövrdə fəaliyyət istiqamətlərinə toxunaraq dövlətçilik ənənələrinin qorunması, milli həmrəyliyin və ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, Yeni Azərbaycan Partiyasının xalqa xidmət nümunəsi ortaya qoyduğunu diqqətə çatdırıb.

Tədbirdə YAP Gənclər Birliyinin üzvü Fərid Dünyamalıyev, YAP Göygöl rayon təşkilatı “Musiqi məktəbii” ərazi partiya təşkilatının sədri Nuranə Quliyeva və təşkilatın veteran üzvü Azadxan Haqverdiyev çıxış ediblər.

Konfransda YAP Göygöl rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью