Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İnklüziv Toplum Fondu” İranda Azərbaycan Türklərinə qarşı insan haqları pozuntuları barədə geniş hesabat yayıb ABŞ-da yerləşən “İnklüziv Toplum Fondu” (FIS) 2024-cü ilin oktyabr-dekabr aylarında İranda Azərbaycan Türklərinə qarşı baş verən insan haqları pozuntularını sənədləşdirən hesabat yayımlayıb.
Hesabatı buradan oxuya bilərsiniz: İranda Azərbaycan. Türkləri ilə bağlı insan haqları hesabatı (oktyabr-dekabr 2024) Hesabatda bildirilir k
Oktyabr və noyabr aylarında 45 Azərbaycanlı, o cümlədən beş qadın edam edilib.
Hesabat edamların çoxunun ədalətsiz məhkəmə proseslərindən sonra həyata keçirildiyini və İran hökumətinin ölüm cəzasını siyasi repressiya vasitəsi kimi istifadə etdiyini vurğulayır.
Hesabat həmçinin Azərbaycanlı siyasi məhbusların tibbi yardımdan məhrum edildiyini və Azərbaycanlı uşaqlara şəxsiyyət vəsiqəsi verilməsində maneələrin yaradıldığını bildirir.
Bu hallar İran hökumətinin etnik azlıqlara qarşı sistematik ayrı-seçkilik siyasətinin davam etdiyini göstərir.
Bundan əlavə, sənəddə Azərbaycanlı fəalların və ailələrinin iqtisadi və sosial basqılara məruz qalması, iş imkanlarının məhdudlaşdırılması və məcburi köçlərə məruz qalmaları da qeyd olunub.